Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi - YENİLƏNİB

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub.

Metbuat.az xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib.

İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

14:41

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilir.

Metbuat.az xəbər verir ki, görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak edirlər.

Səfər iştirakçıları Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR