Vitamin, minerallar, həll olunmayan liflər, pektinlərlə zəngin olan yemiş yay aylarının ən sevimli meyvələrindən biridir. Bununla yanaşı yemişin insan sağlamlığı üçün faydaları çoxdur.

Metbuat.az xarici mediaya istinadən yemişin faydalarını təqdim edir:

- İmmunitet sistemini gücləndirir

- Damar tıxanmasının qarşısını almaqda təsirli olur

- Ürək və qan azlığına xeyirlidir, təzyiqi tənzimləyir

- Böyrək daşlarının və qumun keçməsinə kömək edir

- Sakitləşdirici təsiri sayəsində sinir sisteminə müsbət təsir göstərir

- Yuxu problemi olanlar üçün yaxşıdır.

- Sidikqovucu xüsusiyyətlərə malikdir

- Dərini nəmləndirir və revmatizm ağrılarını aradan qaldırır