"Aftandil çox gözəl insan idi. Biz onun üçün çox darıxırıq. Nəvələrimiz bizə gələndə məni öpüb deyirlər ki, babamız olsaydı, onu da öpərdik. Onlara söylədim ki, babanız artıq yoxdur. Onlar da babaları üçün çox darıxırlar".
Metbuat.az xəbər verir ki, bu sözləri Xalq artisti Aftandil İsrafilovun həyat yoldaşı Zemfira İsrafilova "O üz" verilişində deyib.
Xanımı bildirib ki, Aftandil İsrafilov gecələr yatırdı, beyninə musiqi gəlirdi:
"Gecənin bir yarısı durub pianoda ifa edirdi. Deyirdim ki, qonşular eşidir, ayıbdır. Cavab verirdi ki, indi çalmasam, bu musiqi sonra yadımdan çıxacaq".
Daha ətraflı süjetdə: