Bu hallarda əmlakınız müsadirə edilə bilər - Ekspert

Azərbaycan Cinayət Məcəlləsinə görə, bir sıra hallarda həbs edilənlərin əmlakına müsadirə cəza növlərindən biri kimi tətbiq olunur.

Bu barədə Metbuat.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələdə iki əsas məqam var:

Məhkəmə Əkrəm Həsənov barəsində xüsusi qərardad qəbul etdi | Banco.az

“Biri cinayət törədilərkən istifadə edilən alət və vasitələr haqqındadır. Amma bu məsələdə bir istisna var. Məsələn, şəxs avtomobili oğurlayıb, sonra o avtomobillə kimisə vurub öldürübsə, bu halda avtomobil müsadirə oluna bilməz. Çünki avtomobilin sahibi başqasıdır və qanuni olaraq ona da qaytarılacaq. İkinci isə, cinayət yolu ilə əldə edilən əmlak və ya həmin əmlakın vasitəsilə əldə edilmiş gəlir haqqındadır. Əgər məmur rüşvət nəticəsində əldə etdiyi gəliri banka əmanət kimi yerləşdirərsə, bu zaman həmin əmanət üzərinə gələn faizlə birlikdə müsadirə olunacaq”.

Hüquqşünas xatırladıb ki, SSRİ vaxtı qanunla əldə edib-etməməsindən asılı olmadan cinayətkarın bütün əmlakı müsadirə olunurdu. Əkrəm Həsənov qeyd edib ki, hazırda yalnız qanunsuz əldə olunan və bu sübuta yetirilən əmlaklar müsadirə edilə bilər:

Əgər korrupsiya nəticəsində əmlakı müsadirə edilən şəxsin əməli və bu əmlakı o yolla əldə etdiyi sübuta yetirilərsə, bu zaman həmin əmlak müsadirə ediləcəkdir. Başqa əmlakı varsa, eyni mexanizm onun üçün də tətbiq olunmalıdır. Əks halda həmin əmlak müsadirə edilə bilməz. Sübut məsələsi əsasdır.

Cinayətkarın əmlakının müsadirəsi zamanı heç bir güzəşt edilmir. Əgər qanunsuz əldə edilən əmlakdırsa, müsadirə olunmalıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR