Rusiyada azərbaycanlı iş adamı vəfat edib.
Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, 40 yaşlı Mirzəyev Rafael Qəfər oğlu bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının qısa müddət sonra səhhətində problemlər yaranmağa başlayıb.
Müalicələr almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun cənazəsi Azəraycana gətirilib.