"Real"ın yeni hədəfi bəlli oldu - Onun üçün sərvət təklif etdilər

“Real Madrid” müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Ceydon Sanço üçün rəsmi təklif göndərib.

Metbuat.az xəbər verir ki, “Real”ın ingiltərəli hücumçu Ceydon Sanço üçün 60 milyon avro təklif etdiyi deyilir. Bildirilir ki, Ceydon Sançonu “Real Madrid”ə Zinəddin Zidan təklif edib. “Real” rəhbərliyi təcrübəli mütəxəssisin təklifini nəzərə alıb.

Qeyd edək ki, Ceydon Sanço icarə əsasında “Borussiya Dortmund” klubunda oynayır. “Borussiya Dortmund” klubu da futbolçunun xidmətində maraqldır. “Borussiya Dortmund”un hücumçunu almaq üçün “Mançester Yunayted”ə təklif göndərəcəyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR