Talassemiya xəstələri hansı halda evlənə bilər? - RƏSMİ

“Ölkəmiz talassemiya xəstəliyi üçün endemik zona olduğu üçün 2015-ci ildən nigaha daxil olan şəxslərin talassemiya daşıyıcılığına görə skrininq müayinələri aparılır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Şəhla Şabanova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində canlı yayım zamanı deyib.

Həkim vurğulayıb ki, analizlər nəticəsində aşkarlanan talassemiya daşıyıcılığı nigah öncəsi hər 2 fərdə gözlənilən xəstəliyin qarşısını almaqda köməklik edir:

“Gələcəkdə xəstəlik olmasın deyə 2 daşıyıcının evlənməsinin qarşısını alır və ya planlı hamiləliklə talassemiya xəstəsi övladın doğulmasına əngəl olur.

Talassemiya xəstəliyi erkən təzahür etdiyi halda, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə - kvadrat kəllə, yəhərvarı burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və bir sıra digər hallara səbəb olur. Həmin uşaqlarda bir qədər sarılıq müşahidə edilir və onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar”.

Həkim qeyd edib ki, talassemiya xəstəliyi daşıyıcısı olan ana ağır infeksion xəstəliklərə yoluxma ehtimalı olduğu üçün onun övladını ana südü ilə qidalandırmadan öncə müvafiq testlərin edilməsi vacibdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı