Zaqatalada zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib:

“Həmin ərazidə bakterial çirklənmə baş verib. Sanitar-gigiyenik tələblərin pozulması səbəbindən qida məhsulunda zəhərlənmə halının yaranması nəticəsinə gəlmişik. Bu gün artıq qanunvericiliyə uyğun olaraq həmin obyektdə plandankənar yoxlama həyata keçirilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb”, - Agentlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, TƏBİB-in yaydığı son məlumata görə, zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılanların sayı 34 nəfərdir. Onlardan 15-i uşaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı