PSJ-nin sərvətini rədd edən Osimhen bu klubu seçdi

Kilian Mbappeni əvəzləmək üçün hərəkətə keçən PSJ "Napoli"nin mərkəz hücumçusu Viktor Osimhenə təklif göndərib.

Metbuat.az xəbər verir ki, nigeriyalı futbolçu PSJ-nin təklifini rədd edib. İtalyan jurnalist Canluka di Marzionun xəbərinə görə, nigeriyalı hücumçu iddialı təklifə baxmayaeaq. PSJ-yə keçməkdən imtina edib. Di Marzionun sözlərinə görə, Osimhen İngiltərə Premyer Liqasında oynamağa üstünlük verir.

"Napoli"nin mümkün transfer üçün "Çelsi" ilə danışıqlara başladığı bildirilir. "Napoli"nin Osimhen üçün yüksək transfer haqqı + Romelu Lukakunu istədiyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR