Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib.

Metbuat.az xəbər verir ki, ölkənin aparıcı müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birliyinin Demokrati Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilmiş prezident seçkilərinin ikinci turunda səslərin 99,75 %-ni emalından sonra 65,14 %-lə öndədir.

Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib, o, seçicilərə dəstəyə görə təşəkkür edib və “bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi” çıxış edəcəyini bəyan edib.