Şuşada seysmoloji stansiya qurulur - RƏSMİ

Şuşada quyudibi seysmoloji stansiya qurulur.

Metbuat.az xəbər verir ki, bunu Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda abadlıq işləri və stansiyanın quraşdırılması qalıb:

"Şuşada inşa olunan bu seysmoloji stansiyanın qurulması istiqamətində ilkin işlər başa çatıb. Stansiya Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Azərbaycana hədiyyə edilib. Bu, Azərbaycanda dördüncü quyudibi stansiya olacaq, 100 metr dərinlikdə yerləşəcək".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR