Taksilərlə bağlı yeni qərar qiymətləri artıracaq?

“Hazırda avtomobil parkında taksi fəaliyyəti üçün kifayət qədər taksi var. Əgər tələb varsa, təklif də az ola bilməz. Düşünürəm ki, bahalaşma riski real görünmür”.

Bu fikirləri Metbuat.az-a nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. O hesab edir ki, qiymətin yüksəlməsinə səbəbkar bəzi işbazlardır:

“Onlar taksilərin azalması xəbərini bəhanə edərək, qiymətləri qaldırmağa çalışırlar. Tələb və təklif gəldikdə ciddi bahalaşmanın olması inandırıcı deyil. Bu gün Azərbaycanda kifayət qədər gözləmə mövqeyində olan avtomobil parkı var. Ola bilsin ki, taksi sahəsində sərnişindaşıma fəaliyyətinə görə, yeni xidmətlər də yaransın”.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.

Məlumata görə, taksi sahəsində sərnişindaşımaların optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı