Baqrat Qalstanyan baş nazirliyə namizəd olmaq istəyirsə, 2026-cı ilə qədər gözləməli olacaq.

Metbuat.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib.

O bildirib ki, Keşiş Baqrat Mülki Müqavilə fraksiyasında yarım səs belə almayacaq.