Vüsal Qələndərli yarımfinalda - "Böyük Dəbilqə" turniri

Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.

Metbuat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərli Hindistan, Gürcüstan, Qazaxıstan və İsraildən olan rəqiblərinə qalib gəlməklə, həlledici mərhələnin bir addımlığına yaxınlaşıb.

O, yarımfinalda Manuel Lombardo (İtaliya) ilə qarşılaşacaq.

Qeyd edək ki, digər təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81kq) məşqçilərin etimadını doğrultmayıblar.

Yarışın ilk günündə cüdoçularımızdan Kamran Süleymanov bürünc medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR