Ronaldo savaşı qızışır - O hansı klubu seçəcək?

“Bayer Leverkuzen” klubu Kriştiano Ronaldonu transfer edə bilər.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso hücumçu Victor Bonifasın klubdan gedəcəyi təqdirdə rəhbərlikdən Kriştiano Ronaldonun transferini istəyib. Bildirilir ki, Ronaldonun Avropada oynamaq istəyi bu transferin reallaşmasına səbəb ola bilər.

Qeyd edək ki, Ronaldo karyerasını yekunlaşdırmazdan əvvəl Avropada Çempionlar Liqasında oynayan klubda forma geyinmək istəyir. İddialara görə, o, menecerinə Avropada komanda tapmağı tapşırıb. Bildirilir ki, Ronaldo yeni klubunda az məvacibə də razıdır. Məlumata görə, Ronaldonun prioriteti artıq pul deyil. O, Çempionlar Liqasında meydana çıxmaqla karyerasını bitirmək istəyir. “Qalatasaray”ın da Ronaldonun xidmətində maraqlı olduğu irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR