Bu gün saat 09:00 radələrində Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, onlardan 1996-cı il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.
Xəsarət alan şəxslərdən 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir. Bir nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb.
11:11
Biləsuvar rayonunda baş verən yol qəzasında yaralananların sayı 4-ə çatıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.
Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb.
Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb.
Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduğu bildirilir.
10:18
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Metbuat.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.