Xəbər verdiyimiz kimi, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” mağazasında yanğın olub.
Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir. Bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib.