Bakıda qəza - Avtomobil mağazaya girdi / VİDEO

Nərimanov rayonu Ağa Nemətulla küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, qəza zamanı “Kia Rio” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarında yerləşən “World Telecom” mağazasının içərisinə girib. Hadisə nəticəsində sürücü xəsarət alıb, mağazanın ön hissəsi və avtomobil tamamilə sıradan çıxıb.

Hadisə şahidləri nəqliyyat vasitəsinin sürətlə hərəkət etdiyini bildiriblər.

Hadisə yerindən görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR