Keçən il qarşısı alınan erkən evliliklərin sayı açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.
Milli Fəaliyyət Planının icrası çərçivəsində tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması tədbirləri də nəzarətdə saxlanılıb, həyata keçirilmiş tədbirlərlə hesabat ilində 293 erkən evliliyin qarşısı alınıb.
Qeyd edilib ki, hesabat ilində “Mobil notariat” tətbiqinin altsistemi kimi istifadəyə verilmiş “Mobil əhali” tətbiqi üzərindən həm ölkə daxilində, həm də xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına doğumun və ölümün elektron qeydiyyatı, ailə vəziyyəti və ailə üzvləri haqqında arayışların onlayn əldə edilməsi imkanı yaradılıb.