TikTok-da videolarla bağlı inqilabi yenilik

"TikTok" platforması yeni özəlliyi təqdim etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb. Məlumata görə, yeni funksiya sayəsində sosial şəbəkəyə 60 dəqiqəlik video yükləmək mümkün olacaq. Hazırda funksiya sınaq mərhələsindədir.

Yeni özəlliyin bir çox istifadəçi tərəfindən narazılıqla qarşılandığı bildirilir. Belə ki, videoların fraqmentlərə bölünərək paylaşılması daha çox aktivliyə səbəb olurdu.

Funksiyanın nə vaxt əlçatan olacağı isə açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR