​Əfqan Baxışov AZAL-da yüksək vəzifəyə təyin olundu

Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub.

Metbuat.az xəbər verir ki, bu təyinatadək Ə. Baxışov “Azərbaycan Hava Yolları”nda hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

O, bu vəzifəyə 2023-cü ilin iyul ayında təyin olunub.

O vaxtadək Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank”ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktoru olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR