32 il sonra Laçında ikinci toy - FOTO

30 ildən çox düşmən əsarətində qalan torpaqlarımızda indi həyat yenidən canlanır. Bir vaxtlar 18 may tariximizə qara hərflərlə, yəni Laçının işğal günü kimi yazılmışdısa, artıq o günlər geridə qalıb. İndi mayın 18-də laçınlılar toylu-büsatlı günlərini doğma yurdlarında qeyd edirlər. Bu gün 32 ildən sonra Laçın torpaqlarında ikinci toy sədası eşidilib.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, Laçında illər sonra ikinci toy mərasimi Zabux kəndində gerçəkləşib. Toy mərasimi həm də el adəti ilə, yəni mağarda gerçəkləşib.

Zabux kəndinin gəncləri olan Vəliyev Laçın Cəlil oğlu və Abbasova Nuray Namiq qızının şad günündə ailə üzvləri ilə bərabər kənd sakinləri, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları və digər şəxslər də iştirak ediblər. Gəlinlə bəy toy mağarına daxil olduqdan sonra Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi sükutla anılıb. Sonra kənd ağsaqqalları hər iki gəncə xeyir-dua veriblər və şənlik başlayıb.

Qeyd edək ki, Laçının Zabux kəndində torpaqlarımız azad edildikdən sonra ilk toy mərasimi martın 8-də olub.

Hazırda Zabux kəndində 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Bundan başqa Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Sus kəndində isə 20 ailənin, yəni 75 nəfərin daimi məskunlaşması həyat keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı