İranın gələcək rəhbəri bu şəxs ola bilər - İDDİA

Avropanın məşhur “Politico” qəzeti yazır ki, son illərdə İran prezidenti İbrahim Rəisinin rejimə sadiqliyi onun İranın Ali lideri kimi Əli Xameneyini əvəz edə biləcəyi ilə bağlı gözləntiləri artırıbmış.

Metbuat.az-ın məlumatına görə, “Politico” yazır ki, son zamanlarda onun prezident kimi səriştəsi üzərindən edilən tənqidlər bu yüksəliş ehtimallarına təsir edib. Rəisinin ölümü Xameneinin öz oğlu Müctəbanın atasının varisi olmaq yarışında ön sırada yer alacağına dair inamı gücləndirib.

Vaşinqtondakı Demokratiyaların Müdafiəsi Fondunun baş tədqiqatçısı Bəhnam Ben Taleblunun iddiasına görə, Xameneinin rəhbərlikdə görmək istədiyi Rəisi tip insanlardır:

"Amma onun ölümü varis seçimi imkanlarını daraldır və Xameneinin öz oğlu bu potensial namizədlərdən biridir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR