Azərbaycanda yeni zərgərlik standartları qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Türk standartları əsasında AZS TS 11848:2024 “Zərgərlik xidmətləri – Ümumi qaydalar” və AZS TS 12376:2024 "Zərgər – İstehsal – İşçilər üzrə tələblər" yeni dövlət standartları qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi qaydaları və zərgərlik peşəsi, bu peşə ilə məşğul olanların təsnifatını, istifadə olunan alətləri, vasitələri və avadanlıqları, həmçinin hər bir sinfə aid olan işçinin zərgərlik peşəsi ilə əlaqədar yiyələnməsi vacib olan bilikləri, bacarıqları, rəftar və davranışları əhatə edir.

Sözügedən yeni dövlət standartları “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 36) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı