30 il sonra kimliyi müəyyənləşən şəhid dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Elşən Nəzərəli oğlu Xasıyevin qalıqları torpağa tapşırılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, şəhid Elşən Xasıyevlə Sabunçu rayonu Zabrat qəsəbəsində vida mərasimi keçirilib.

    Şəhidin qalıqları Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

    Şəhidin həyat yoldaşı Təranə Xasiyeva deyib ki, Elşən toylarından 1 il sonra 25 yaşında könüllü olaraq Qarabağ döyüşlərinə qatılıb: "Kəlbəcər, Murov dağı istiqamətində döyüşüb. Bizə demişdilər ki, Murovda itkin düşüb. 30 il idi gözümüz yolda idi. Oğlum atasını görmədi. Elşən 1994-cü ilin fevralında şəhid olub, oğlum apreldə dünyaya gəlib. Hər dəfə deyirdi ki, atamın məzarı da olmadı ki, gedib dərdləşəm”.

    Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Elşən Xasıyevin Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR