Arda adını “Real”ın tarixinə yazdırdı

“Real”ın futbolçusu Arda Güler klubun tarixinə düşüb.

Metbuat.az xəbər verir ki, Arda “Real”da oynadığı 12 oyunda 6 qol vurub. Futbolçu La Liqada meydana çıxdığı son 5 oyunda 5-ci qolunu, ümumulikdə isə 6-cı qolunu vurub.İndiyə qədər heç bir gənc oyunçu bu göstəriciyə belə tez çata bilməmişdi. Bununla da, Arda “Real”ın tarixinə düşüb.

Qeyd edək ki, Arda Güler 37-ci turda "Vilyarrea"la görüşdə dubl edib. Arda matçın 14-cü dəqiqəsində hesabı açıb. O, 45+2-ci dəqiqədə 2-ci qolunu vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR