Ramiz Əskər vəfat etdi - FOTO

Tanınmış tədqiqatçı alim, professor Ramiz Əskər dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, şair, tərcüməçi, publisist Ramiz Əskər 1954-cü ildə doğulub. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir.

Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev tərəfindən Şöhrət ordeni verilmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR