Azərbaycanda 9-10 ballıq zəlzələ zonaları bu bölgələrdir - Seysmoloq

Azərbaycanda aktiv zonalardan biri Şəki, Oğuz, Qəbələ, Şamaxı və İsmayıllı əraziləridir.

Bunu Metbuat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə, bu ərazilər 9-10 ballıq zona kimi səciyyələnə bilər:

"Kiçik Qafqazın şimal yamacı, Gəncə ətrafı və sair aktiv zonalardan birdir. Kür çökəkliyi aşağı səviyyədə aktivlik zonaya malikdir. Xəzər dənizi isə mövcud olan mürəkkəb geoloji sutrukturuna görə, seysmik təhlükə zonası kimi sayılır. Xəzər dənizinin seysmik ocaqları ən mürəkkəb və təhlükəli zonalardan biridir".

Seysmoloqun sözlərinə görə, 2024-cü ildə seysmik və tektonik aktivlik yüksəkdir:

"Seysmik və tektonik aktivlik müşahidə olunur. İl sonunda mütamadi olaraq, Azərbaycanda zəlzələlər qeydə alına bilər. Maqmatik palçıq vulkanlarının da püskürməsi istisna edilmir".

Seyranə Quliyeva / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı