Ərdoğan öz sözünü tutdu

Ərdoğan öz sözünü tutdu
19:06 19 Yanvar 2015
92 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kubada tikilməsi planlaşdırılan məscidin layihəsinin hazırlanması ilə bağlı göstəriş verib.

ANS PRESS-in məlumatına görə, təxminən 4 min müsəlmanın yaşadığı Kubada məscid tikilməsinə hökümət icazə verib. Kuba hüküməti ilə Türkiyə Diyanət İşləri Başqanlığı arasında keçirilən görüşdə məscid tikitisi üçün ilkin razılaşma əldə olunub.

Danışıqlarda hər hansı bir əsiklik çıxmasa Ərdoğan fevral ayında Latın Amerikasına səfəri çərçivəsində Kubada məscidin təməlqoyma mərasimində iştirak edəcək.

Türkiyə prezidenti daha əvvəl Amerikanı müsəlmanların kəşf etdiyini, Xristofor Kolumbun isə xatirələrində Kubada bir təpədə məscid gördüyünü bildirmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR