Papanın açıqlaması aranı qarışdırdı: "Qadınların işi..."

Roma Papası Fransisk keşişlərlə görüşündə qadınlar haqqında fikirlər söyləyib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Fransisk deyib ki, qeybət etmək qadınlara xas keyfiyyədir. Papanın kişilər ilə bağlı açıqlaması da maraqla qarşılanıb. O bildirib ki, kişi şalvar geyinir, bu isə o deməkdir ki, hər şeyi olduğu kimi açıq danışmaq lazımdır.

Bir müddət öncə Roma Papası homoseksualların keşişlik üçün dərslərə qatılmasına qarşı çıxmışdı. Həmçinin Papa 2023-cü ildə ilk dəfə olaraq Vatikanda qadınlara səsvermə hüququ ilə yanaşı onları mühüm vəzifələrə təyin edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı