İki dəfə evli olub, biznesmendir - Afət ərindən DANIŞDI

Müğənni Afət Fərmanqızının həyat yoldaşı biznesmen imiş.

Metbuat.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Həmin Zaur" verilişində qonaq olan müğənni həyat yoldaşından danışıb. O, həyat yoldaşının daha öncə iki dəfə evli olub ayrıldığını, birinci evliliyindən bir, ikinci evliliyindən isə iki uşağı olduğunu bildirib. Aparıcının "bəs sizinlə nikahı varmı" sualına, "əlbəttə var, mən nikahsız evliliyi, dini kəbini qəbul etmirəm", - deyə cavab verib.

Afət Fərmanqızı həyat yoldaşı ilə harada tanış olduğunu da açıqlayıb. O, həyat yoldaşının restoranında toyda olarkən tanış olduqlarını bildirib.

Zaur Əliyev, Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı