Ərdoğan 18 ildən sonra ilkə imza atdı

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və ölkə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) başçısı Özgür Özəlin qərargahına səfər edib.

Metbuat.az xəbər verir ki, Türkiyə lideri son 18 ildə ilk dəfə müxalifətin qərargahını ziyarət edib.

Xatırladaq ki, Ərdoğanla Özəl ilk dəfə mayın 2-də CHP liderinin təşəbbüsü ilə görüşüblər. Bu, Türkiyə prezidenti ilə müxalifət lideri arasında son səkkiz ildə ilk görüş olub.Gündəlikdəki əsas məsələlər yeni konstitusiyanın hazırlanması və iqtisadi vəziyyət olub. Analitiklər bildiriblər ki, bu mövzular cari görüş üçün də aktuallığını qoruyur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı