Ötən il sənaye məhsulu istehsalı 0,7 faiz artıb

Ötən il sənaye məhsulu istehsalı 0,7 faiz artıb
19:28 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Sənaye məhsulu istehsalı 2014-cü ildə əvvəlki illə müqayisədə 0,7 faiz artaraq 31,9 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, onun 69,6 faizi mədənçıxarma bölməsində, 24 faizi emal bölməsində, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölməsində, 0,7 faizi tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal bölməsində qida məhsulları istehsalı 1,4 faiz, içki istehsalı 8,1 faiz, geyim istehsalı 59,9 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 1,9 faiz, kimya sənayesi məhsulları istehsalı 32 faiz, hazır metal məmulatlarının istehsalı 6,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 11 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 80,9 faiz artıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_senaye_mehsulu_istehsali_07_faiz_artib-825889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR