Mingəçevirdə güclü külək faciəyə səbəb oldu

Mingəçevirdə güclü küləyin ağacları aşırması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan biri - 2003-cü il təvəllüdlü R.Qasımzadə ölüb.

Digər zərərçəkənlər - 1969-cu il təvəllüdlü G.Sadıqov, 1994-cü il təvəllüdlü Y.Nuriyev, 1981-ci il təvəllüdlü R.Qədirov və 2 azyaşlıdır.

Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

***

21:52

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb. Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR