Tbilisi prospektində “Oyunlar zolağı”nın yeri dəyişdirilib

Tbilisi prospektində “Oyunlar zolağı”nın yeri dəyişdirilib
19:12 6 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 06 İyun 2015 19:09 ]

Zolaq yolun hərəkət hissəsinin solundan sağına keçirilib

Bakı - APA-Economics. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş “Oyunlar zolağı”nın yeri dəyişdirilib.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, dəyişiklik Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə “Oyunlar zolağı” yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

 

Qeyd edək ki, bundan öncə analoji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən “20 Yanvar” tunelindən keçməklə “20 Yanvar” dairəsi istiqamətində olan yolda atılıb.

 

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə daha bir dəyişiklik Tbilisi prospektinin Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsündən “20 Yanvar” dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq burda “Oyunlar zolağı” ləğv edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/386349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR