Azərbaycan və Yaponiya arasında qeyri-neft sektoru sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan və Yaponiya arasında qeyri-neft sektoru sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19:38 19 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Elmar Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb. Nazir ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası əməkdaşlıq komissiyasının fəaliyyətinin, qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Minoru Kiuçi Azərbaycanın regionda sülh və sabitliyin, enerji təhlükəsizliyinin təmininə, radikalizmə qarşı mübarizəyə verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın davamı kimi qeyri-neft sektoru, xüsusilə sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar, elm, təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunması tələb edilir. O, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdırıb, beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təsbit olunduğunu vurğulayıb.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Yaponiya_arasinda_qeyri_neft_sektoru_sahesinde_emekdasliga_dair_fikir_mubadilesi_aparilib-825891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR