Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
19:43 19 Yanvar 2015
153 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qars Qafqaz Universitetinin rektoru, professor doktor Sami Özcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, qonaqları salamlayan Ali Məclisin Sədri Qars Qafqaz Universitetinin bölgədə elmin və təhsilin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.
Qardaş Türkiyənin universitetləri ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə diqqəti çəkən Ali Məclisin Sədri Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasındakı səmərəli elmi əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
Ali Məclisin Sədri universitetlərarası əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qars Qafqaz Universitetinin rektoru Sami Özcana təşəkkürünü bildirib.
Nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Sami Özcan deyib ki, Naxçıvan Muxtar Respublikasındakı müasir təhsil infrastrukturu universitetlər arasındakı əlaqələrin yeni istiqamətlər üzrə inkişafını şərtləndirir.
Qars Qafqaz Universiteti ilə muxtar respublikanın ali təhsil ocaqları arasındakı əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini qeyd edən rektor gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə elm və təhsil sahəsindəki əlaqələrin perspektivi ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Muxtar_Respublikasi_Ali_Meclisinde_gorus-825895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR