Enerji içkiləri bu şəxslər üçün ölümcüldür

Gənclər arasında tez-tez istifadə edilən enerji içkilərinin orqanizmə zərərləri saysız-hesabsızdır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə gənclərin həvəslə istifadə etdikləri enerji içkiləri tərkibindəki yüksək kofein səbəbiylə enerji içkilərinin həddindən artıq istehlakı yuxu rejimini poza, yuxusuzluğa və hətta xroniki yuxu problemlərinə səbəb ola bilər.

Bu içkilər asılılıq yaratdığı üçün depressiyaya səbəb ola və insanı intihara sürükləyə bilər. Bəzi enerji içkilərinin tərkibində yüksək miqdarda şəkər var. Bu, piylənmə, tip 2 diabet və diş çürüməsi kimi sağlamlıq problemlərinə yol açır.

Nəticədə enerji içkilərinin həddindən artıq istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər. Buna görə də, onu ölçülü və balanslı şəkildə istehlak etmək vacibdir. Xüsusilə uşaqlar, yeniyetmələr, hamilə qadınlar, ürək xəstəliyi olanlar və kofeinə həssas olan insanlar bu içkilərin istehlakını məhdudlaşdırmalı və ya çox az içməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR