Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin həyat yoldaşı olan müğənni Aysel Teymurzadə ilə boşandığı barədə xəbər yayılıb.
Metbuat.az-ın Demokrat.az-a istinadən məlumatına görə, bununla bağlı Aysel Teymurzadənin boşanma ərizəsi ilə mediasiyaya müraciət etdiyi iddia olunur.
Məlumata görə, bir neçə müddətdir ki, Aysel Teymurzadə Murad Adıgözəlzadə ilə ayrı yaşayırlar. Məsələ ilə bağlı Murad Adıgözəlzadə Demokrat.az-ın telefon zənglərinə cavab verməyib, Aysel Teymurzadə isə müxbirimizin sualına cavab verməkdən imtina edərək, dəstəyi asıb.