İrandakı virus ölkəmizə keçə bilər? - Professordan XƏBƏRDARLIQ

İranda 63 nəfər "Deng Humması"na (ağır qripə bənzər simptomlara səbəb olan virus xəstəliyi) yoluxub. Bəs, qonşu ölkədə yayılan virusun Azərbaycanda yayılmaq təhlükəsi varmı?

Mövzu ilə bağlı Metbuat.az-a danışan professor Adil Qeybulla bildirib ki, xəstəlik "Deng" virusu mənşəlidir:

"Virusun başqa adı "Deng qızdırması"dır. İnsanlarda ağır qripə bənzər əlamətlər, əzələ və sümük ağrıları yaradır. Mütəmadi olaraq belə infeksiyalara rast gəlinir. Nəzərə alsaq ki, virusun hava damcı yolu ilə yayılma imkanı var. Buna ciddi yanaşılmalıdır. Mümkün qədər transsərhəd zonalarında nəzarət gücləndirilməlidir. Xəstələnmiş şəxslərin vaxtında aşkar olunub, yataq rejiminə keçirilməsi mütləqdir. Xəstəliyin yayılmamasına görə, lazımi maarifləndirmə işləri həyata keçirilməlidir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR