Bu il Avropaya nə qədər qaz ixrac etmişik?

Bu ilin yanvar - iyun aylarında Azərbaycandan təxminən Avropaya 6,4 mlrd. mlrd. kubmetr qaz ixrac olunub.

Metbuat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

    Məlumata görə, hesabat dövründə Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la kəməri vasitrəsilə Türkiyəyə 2,8 mlrd. kubmetr qaz nəql edilib.

    “Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6% çoxdur”, - paylaşımda qeyd olunub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR