İyulda kirayə qiymətləri bu qədər olub

Bu ilin iyul ayında Azərbaycanda 3, 4 və 5 ulduzlu mənzillərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə sutkalıq kirayənin orta qiyməti müvafiq olaraq 156,6 manat, 182 manat və 371,6 manat təşkil edib.

Metbuat.az bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 3 ulduzlu mənzillərdə orta qiymət 21,8 % artıb, 4 və 5 ulduzlu mənzillərdə isə müvafiq olaraq 48,9 % və 9,4 % azalıb.

İyul ayında ən yüksək qiymət Qəbələ şəhərində olub. Bu şəhərdə 3 ulduzlu mənzillərdə orta qiymət 175,5 manat (-58,1 %), 4 və 5 ulduzlu mənzillərdə isə müvafiq olaraq 338 manat (-21,7 %) və 533,2 manat (-43,8 %) təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR