32 il əvvəl itkin düşən şəxsin qalıqları dəfn edildi - FOTO

1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ meharibəsinin şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Mamed Hüseyn oğlu Mirzəyev Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn edilib.

Metbuat.az bildirir ki, şəhidin cənazəsi dəfndən öncə vida mərasimi keçirilmək üçün Ağdam Dövlət Dram Teatrının qarşısına gətirilib. Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak edib. Çıxışlar zamanı Şəhid adının ucalığından, vətənin müqəddəsliyindən geniş söhbət açılıb. Şəhidin döyüş yoluna nəzər salınıb.

    Sonra Məmməd Mirzəyevin nəəşi Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanına gətirilib. O, yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb.

    Sonda şəhidin tabutunun büküldüyü üç rəngli bayrağımız onun doğmalarına təhvil verilib. Dəfn mərasimi insanların "Şəhidlər ölməz, Vətən bölünməz", şüarları ilə sona çatıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR