Əvvəllər insanlar Aşura günündə qan çıxarmaq üçün başlarını yarırdılar. Bu, qəbuledilməzdir.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Bəxtiyar Nəcəfov Metbuat.az-a açıqlamasında deyib. O qeyd edib ki, bu gün hamı kimi o da qan verib və özünü yaxşı hiss edir:
“Azərbaycanda, eləcə də dünyada Aşura mərasimini qeyd edirlər. Aşura mərasimi İmam Hüseynin şəhadəti ilə bağlıdır. Hər il olduğu kimi, qanvermə aksiyası bu il də keçirilir. İnsanlar aşura günündə qan çıxarmaq üçün başlarını yarırdılar. Bütün dünyada qəbul olunmayan digər xoşagəlməz hallar ilə üzləşirdik. Amma qanvermə aksiyası ilə bunun qarşısı alındı. İslamın gözəlliyini biz yardımlaşma ilə ehtiyyacı olan bəzi xəstələrə qanverməklə savab qazanmış oluruq”.
Mədinə Zaur \ Metbuat.az