2024-cü ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Məlumata görə, cinayət hadisələrinin 88,6 %-nin açılması təmin olunub.