Aşura günü toyda 21 nəfər zəhərləndi

Şamaxı rayonunda kütləvi zəhərlənmə olub.

Şamaxı rayon Mərkəzi Xəstəxanasından Metbuat.az-a verilən məlumata görə, hadisə rayonun Məlikçobanlı kəndində keçirilən toy mərasimində baş verib. Toyda iştirak edən 21 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyətləri normal olduğu üçün ambulator müalicəyə - evə buraxılıblar.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb toyda verilən salat olub.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR