Toydakı kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Şamaxı rayonunun Məlikçobanlı kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş verib. Toyda iştirak edən 21 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb:

"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR