Bu müəllimlərə şad xəbər - maaşları artacaq

"Peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqqında artım olacaq".

Metbuat.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, peşə təhsili müəssisələrinə keyfiyyətli kadrlar cəlb etmək üçün bir çox işlər görülməlidir:

"Maliyyələşmə baxımından ən vacib addımlardan biri adambaşı maliyyələşmə prinsipidir. Bu ildən 5 müəssisədə abambaşı maliyyələşmə prinsipi ilə çalışan müəllimlərin əməkhaqlarında müsbət mənada dəyişiklik olacaq. Bu, peşə təhsilində çalışan müəllimlərin rifahının yaxşılaşdırılması üçün atılan addımdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı