8 prokurorluq işçisi cəzalandırıldı

2024-cü ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.

Metbuat.az bildirir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən Geniş Kollegiya İclasında bildirib.

Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 3 nəfər vəzifədən azad edilmiş, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR