Xalq artisti və mühafizəçiyə ittiham verildi

Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin xuliqanlıq hərkətləri ilə bağlı başlanan cinayət işi üzrə polis idarəsində istintaq davam edir.

Metbuat.az Report-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR